Ceyk Sallivan - Gərəkli resursları təmin etsək, Ukraynanın müharibədə qalib gəlmək şansı var
Ceyk Sallivan - Gərəkli resursları təmin etsək, Ukraynanın müharibədə qalib gəlmək şansı var

 
Ukrayna Rusiya Prezidenti Vladimir Putinin ölkəni özünə tabe etmək kimi əsas məqsədinin qarşısını ala bilib, lakin ABŞ Ukraynaya daha çox kömək etməlidir-bu haqda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “NBC” telekanalının efirində açıqlayıb.

“Gərəkli resursları təmin etsək, Ukraynanın müharibədə qalib gəlmək şansı var. Və öhdəliklərimizi yerinə yetirmək bizdən, ABŞ-dan, müttəfiqlərimizdən və tərəfdaşlarımızdan asılıdır. Məhz bu səbəbdən Konqresin fəaliyyəti vacibdir” – Sallivan açıqlayıb.

O bildirib ki, Ukrayna qalib gələ bilər, bunun üçün lazımi silahlara ehtiyacı var.

“Ukrayna Rusiyanın məğlubiyyətini və Ukraynanın qələbəsini təmin etmək üçün Rusiyanın işğal etdiyi əraziləri geri almaq üçün daha da irəli gedə bilər. Lakin o, bunu yalnız lazımi silahlara malik olduğu halda edə bilər” – deyə Sallivan açıqlayıb.

Onun açıqladığı üzrə, məhz bu səbəbdən ABŞ, Senatda ikipartiyalı səsvermə nəticəsində qəbul edilmiş Ukraynaya yardım paketini çatdırmalıdır. Palata isə bu qanun layihəsini sürətləndirməli və qəbul etməlidir.