Cari mövsümdə Gürcüstanda qrip virusu halı ikinci dəfə qeydə alındı
Ötən ikin 8 dekabrından sonra ilk dəfə, Gürcüstanda ötən həftə mövsümi virus halı qeydə alındı. Söhbət B tipli virusdan gedir. A tipli və üzdəniraq donuz qripi halları bu mövsümdə qeydə alınmayıb. Ötən həftənin vəziyyətini əks etdirən statistik göstəricilər Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında az öncə yerləşdirildi.
Göstəricilərə əsasən, yeni koranavirusdan başqa ölkədə bokavirus, rinoviruslar və müxtəlif mövsüm virusları sirkulasiya edirlər.
Xəstəliklərə Nəzarət Milli Mərkəzində bəyan edirlər ki, son illər ərzində, bu ilk mövsümdür ki, qrip virusunun bir-iki hallı qeydə alınır. A tipli virus isə, ümumiyyətlə qeydə alınmayıb. Səbəb olaraq mütəxəssislər koronavirusun prevensial tədbirlərinin görülməsini və qripə qarşı vaksinasiyanı adlandırırlar.
Mövsüm qripi barəsində bu gün, idarələarası koordinasiya şurası iclasının başa çatmasından sonra Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze şərh verdi.
“Məsafənin müdafiəsi, gigiyena və başqa şeylər də təsir göstərdi. Gördünüz ki, qrip bu il demək olar yoxdur”, – Amiran Qamğrelidze qeyd etdi.amiran