Amiran Qamğrelidze - istənilən yüngülləşdirmə infeksiya hallarının artması riskidir, lakin qaydaların hamısını qorusaq, artımın böyük riski olmayacaq
Amiran Qamğrelidze - istənilən yüngülləşdirmə infeksiya hallarının artması riskidir, lakin qaydaların hamısını qorusaq, artımın böyük riski olmayacaq

Yanvar ərzində sabitləşmənin yaxşı dinamikamız var, yəni müsbət faizi aşağı düşdü. Ölkə miqyası ilə bu gün səhər 3.8 faiz idi, –  bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Onun dediyinə görə, əgər əhali qaydaları maksimal olaraq qorusa, infeksiyanın artması riski olmayacaq.

“Xüsusilə yaxşı vəziyyət Acaradadır. Bu deməkdir ki, virusun sirkulasiya intensivliyi ciddi şəkildə azalıb və bunu qoruyub saxlamalıyıq. Sözsüz ki, istənilən yüngülləşdirmə infeksiya hallarının artması riskidir, lakin paralel olaraq, qaydaların hamısını qorusaq, artımın böyük riski olmayacaq. İlk növbədə maskanı kütləvi şəkildə gəzdirsək, böyük toplantılardan imtina etsək, məsafəni müdafiə etsək, böyük riskimiz olmayacaq”, – Qamörelidze bəyan etdi.