Amiran Qamğrelidze - təsdiq olunub ki, bundan sonra çatdırılası vaksin "astrazeneka" olacaq və böyük ehtimalla onu martın birinci yarısında alacağıq
Amiran Qamğrelidze - təsdiq olunub ki, bundan sonra çatdırılası vaksin "astrazeneka" olacaq və böyük ehtimalla onu martın birinci yarısında alacağıq

Təsdiq olunub ki, bundan sonra çatdırılası vaksin, 180-dən 300 min dozaya qədər “astrazeneka” olacaq və böyük ehtimalla onu martın birinci yarısında alacağıq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi.

Elə onun dediyinə görə, hamı yaxşı dərk etməlidir ki, pandemiyanın məğlub edilməsi ən başlıca əhalinin kütləvi vaksinasiyası ilə mümkündür.

“İlk mərhələdə ölkəyə “faizer” vaksini daxil olacaq, 29 250 doza, iki dəfə edəcəyik. Bu təxminən 14 500 insanın dozasıdır. Məndə olan məlumata görə, vaksin fevralın ikinci yarısında daxil olacaq. Həmçinin, təsdiq olunub ki, bundan sonra çatdırılası vaksin, 180-dən 300 min dozaya qədər “astazenekas” olacaq və böyük ehtimalla onu martın birinci yarısında alacağıq.

Hamımız unutmamalıyıq ki, pandemiyanın məğlub edilməsi ən başlıca əhalinin kütləvi vaksinasiyası ilə mümkündür. Əgər əhalinin 70 faizi peyvnəd edildisə, bu deməkdir ki, koronavirus pandemiyası sona yetib”, – Qamğrelidze bəyan etdi.