Buğdanın idxalçılarından başqa, bu gündən "Qızıl siyahı" iştirakçılarının, vergilərin ödənilməsi müddəti ilə bağlı güzəştləri ləğv olundu
“Qızıl siyahı” iştirakçılarının, vergilərin ödənilməsi müddəti ilə bağlı güzəştləri ləğv olundu.
“Qızıl siyahı” iştirakçıları olan qeyri-aksiz malın idxalçıları, idxal vergisini bir ay əvəzinə beş gün müddətinə ödəməli olacaqlar. Bu barədə dəyişikliklər Maliyyə naziri, İvane Maçavarianinin 31 may tarixli qərarına əsasən baş verdi.
Buna qədər “Qızıl siyahı” iştirakçıları Gürcüstan ərazisinə malın idxalını güzətli şəraitlə daxil edirdilər. Onların bunun üçün 30 günləri var idi. Bu üstünlüklə “Qızıl siyahı”-da olan 217 şirkət istifadə edirdi.
Dəyişikliklərə əsasən, vergilərdən bütün şirkət vahid rejimlə istifadə edəcəklər.
İstisna yalnız buğdanın idxalıdır. Bu məhsulun idxalına vergi 45 gün müddətində qalacaq.