Britaniyanın Səhiyyə Katibi - İnsanlarda koronavirus vaksinasının sınağı aprelin 23-də başlayacaq
Böyük Britaniyada koronavirus vaksinasının ilk sınağı insanlarda aprelin 23-də keçiriləcək.
Bu barədə bəyanatı Britaniyanın Səhiyyə Katibi yayır.
“Effektiv vaksinanın yaradılması üçün əlimizdən gələni edirik”, – dedi Met Henkok.
Met Henkok Oksford və London İmperator Universitetlərində keçirilən tədqiqatları “müvəffəqiyyətli” adlandırdı.
Onun dediyinə görə, ölkə iqtidarı Oksford dəstəsinə 20 milyon girvanka sterlinq ayıracaq ki, tədqiqatlar davam etsin.
Vaksinanın insanlarda ilk sınağı aprelin 23-də başlayacaq.