Britaniya Medyası Julian Asanjın həbs edilməsinin video-kadrlarını yayır
Britaniya medyası “Vikiliks” veb-səhifəsinin təsisçisi Julian Asanjın həbs edilməsinin video-kadrlarını yayır.
Britaniya polisi “Vikiliks” veb-səhifəsinin təsisçisi Julian Asanjı bugün həbs etdi.
Ekvador Julian Asanjın sığınacağını əlindən aldı.
Julian Asanj Londonda yerləşən Ekvador səfirliyində yeddi il ərzində yaşayırdı.
Daha sonra isə, Ekvador prezidenti Britaniyaya müraciət etdi ki, Julian Asanjı elə bir hökümətə verməsinlər, hansında ona qətlə yetirilmək cəzası verilə bilər və yaxud işgəncə edilə bilər.
Julian Asanj İsveçə ekstradisiya olmamaq üçün 2012-ci ildən Ekvador səfirliyində idi.
İsveçdə ona qarşı cinsi zorakılıq haqqında ittiham irəli sürülmüşdü.
Daha sonra, İsveçdə o işlə bağlı istintaq dayandırıldı, ancaq Asanj qorxurdu ki, onu ABŞ-a eksradisiya edəcəklər, harda ona qarşı gizli hərbi və dövlət materiallarından istifadə üçün cinayət işi qaldırılıb.