Braziliyada həbsxanadan qaçmaq cəhdi zamanı ən az 21 nəfər həlak oldu
Braziliyada həbsxanadan qaçmaq cəhdi zamanı ən az 21 nəfər həlak oldu

Braziliyada həbsxanadan qaçmaq cəhdi zamanı, polislə qarşıdurma nəticəsində ən az 21 nəfər həlak oldu.

Hadisə ölkənin şimal hissəsində, Belem şəhərində baş verdi.

Yayılan məlumata görə, həbxanadan qaçmağa çalışan məhbuslardan biri polisə atəş açdı.

Hadisə yerində bir hüquqmühafizəçi və 20 məhbus həlak oldu. 4 polis isə, yaralanıb.