Braziliyada son bir gün ərzində koronavirus 25 019 insanda təsdiq olundu
Braziliyada son bir gün ərzində koronavirus 25 019 insanda təsdiq olundu

Braziliyada son 24 saat ərzində koronavirusun 25 019 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 527 pasiyent vəfat etdi.  Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun yeddi milyon 263 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 187 291 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.