Braziliyada son bir gün ərzində koronavirus 29 792 insanda təsdiq olundu, 469 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirus 29 792 insanda təsdiq olundu, 469 insan vəfat etdi

Braziliyada son 24 saat ərzində koronavirusun 29 792 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 469 pasiyent vəfat etdi.  Müvafiq məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun 8.1 milyon təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 203 100 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.