Borcomi muzey şəhəri olacaq, – bu barədə Gürcüstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayır.
Nazirliyin məlumatına görə, Gürcüstan mədəni irs abidələrinin müdafiəsi milli agentliyinin “Borcomi – muzey şəhəri” XIX-XX əsrlərdə tikilmiş 5 nadir tarixi binanı yenidən bərpasını nəzərdə tutur.
Layihəyə əsasən Borcomidə beş muzey fəaliyyət göstərəcək:
• Yeni kavaleriya korpusunda – Tətbiqi İncəsənət Muzeyi
• Romanovların keçmiş kitabxanasında – Borcomi Tarix Muzeyi
• Moldenhauer HES binasında – Sənaye İrs Muzeyi
• Borcomi mineral su zavodunda – Borcomi mineral su tarixi Muzeyi
• Likani Sarayında – ev-muzey və çox funksiyalı kompleks.