Boliviyada 500 min hektarlıq ərazidə meşə massivi yanıb.
Reuters agentliyinin məlumatına görə, bu barədə məlumatı Braziliya iqtidarı verib.
Braziliya iqtidarə tərəfindən yayılan məlumata əsasən, Santa-Krus departamentinin 70 faizi meşə yanğını nəticəsində yanmaq təhlükəsi qarşısındadır.
Ətraf mühitin müdafiyə təşkilatının bəyanatına görə, yanğın nəticəsində, faunanın 500 növü zərər gördü. Onların arasında endemik bitkilər də var.
Boliviya prezidenti Evo Moralesin bəyanatına görə, ölkə iqtidarı yanğının söndürülməsi üçün gərəkən bütün tədbirlərdən istifadə edəcək.
Geniş miqyaslı meşə yanğını ilə Boliviyanın qonşu ölkəsi olan Braziliya da mücadələ edir. Braziliyada da Amazon meşəsi yanır.