Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliyana Yotova qalib gəlib

14:13, 02.11.2026

Bolqarıstan mərkəzi seçki komissiyasının məlumatına əsasən, seçki bülletenlərinin 99,66 faizinin hesablanmasından sonra prezident seçkilərinin ikinci turunda hazırkı prezident İliyana Yotova qalib gəlib. Yotova səslərin 57,66 faizini toplayıb. Onun rəqibi, keçmiş baş nazir Andrey Qyurov isə 39,38 faiz səs alıb.

İliyana Yotova Bolqarıstan tarixində seçki yolu ilə seçilmiş ilk qadın prezident olub. Yotovanın sözlərinə görə, seçkilərin nəticələri elan edildikdən sonra Qyurov ona telefonla zəng edərək qələbəsi münasibətilə təbrik edib.

“Bu gün Bolqarıstan xalqı keçmişin əvəzinə gələcəyi seçdi. Onlar sülhü seçdilər. Onlar sabitliyi, normal həyatı və irəliyə doğru davamlı, aydın inkişaf yolunu seçdilər. Biz Bolqarıstan vətəndaşları ilə onların gündəlik həyatına təsir edən məsələləri müzakirə etdik. Bu gün məlum oldu ki, onlar bizim mesajımızı başa düşüblər. Bir qədər əvvəl cənab Qyurov mənə zəng edərək qələbəmi təbrik etdi. O, hər kəslə dialoq qurmağı bacaran layiqli prezident olacağıma inandığını bildirdi”, – deyə Yotova bildirib.

Qeyd edək ki, Bolqarıstanda prezident beş il müddətinə seçilir.

Oxşar