BMT-nin insan haqqları şurasının sessiyası çərçivəsində Gürcüstanın ərazilərinin işğalını və insan haqqlarının müdafiəsi baxımından mövcud durumu qınadılar
BMT-nin insan haqqları şurasının (HRC) 37-ci sessiyası çərçivəsində gündəmin 10-cu məsələsi – texniki əməkdaşlıq və imkanların inkişafı üzrə debatlar keçirildi.
Görüş çərçivəsində Cenevrədə BMT-nin ofisi və başqa beynəlxalq təşkilatlarla Gürcüstanın daimi nümayəndəsi, Viktor Dolidze insan haqqları üzrə BMT-nin ali kommisarı ofisi və Gürcüstan arasında mövcud olan sıx əməkdaşlıq barəsində danışdı.
Öz çıxışında o, işğal olunmuş Abxaziya və Sxinvali bölgələrində insan haqqlarının müdafiəsi baxımından mövcud duruma və Sxinvalidə iğal qüvvələri tərəfindən Arçil Tatunaşvilinin öldürülməsinə xüsusi diqqət yetirdi.
İclas çərçivəsində Avropa İttifaqı, ABŞ, Azərbaycan, Birləşmiş Krallıq, Estoniya, Polşa, Latviya, Litva və Finlandiya Gürcüstan barəsində bəyanatlar etdilər.
Bəyanatlarında nümayəndə heyəti üzvləri, beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə öz möhkəm dəstəklərini yekdilliklə təsdiq etdilər.
Nümayəndə heyəti üzvləri Gürcüstanın ali kommisarı ofisi ilə əməkdaşlığını alqışladılar.
Öz çıxışlarında nümayəndə heyəti üzvləri Abxaziya və Sxinvali bölgələrində insan haqqlarının müdafiəsinin beynəlxalq monitorinqinin əhəmiyyətini xüsusilə qeyd etdilər.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.