BMT missiyası Qarabağa səfər edib
BMT missiyası Qarabağa səfər edib

BMT missiyası Qarabağa səfər edib, Azərbaycan mətbuatına istinadən, missiya üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək Əsgəran-Xankənd istiqamətində hərəkət ediblər.

Missiyanın məqsədi yerlərdə vəziyyətlə tanış olmaq və əhalinin humanitar ehtiyaclarını müəyyən etməkdir.

Missiyaya BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Azərbaycan mətbuatı BMT-nin Qarabağdakı sonuncu missiyasının təxminən 30 il əvvəl olduğunu yazır.