Birbaşa aviareyslərlə İtaliyadan qayıtmağa çalışan vətəndaşların Gürcüstana qaytarılmasını dövlət təmin edəcək
Bu gün İtaliya ilə birbaşa aviareyslərin müvəqqəti olaraq, dayandırılmasına qərar verdik, çünki İtaliya hazırda virus epidemiyası riski altında olan ölkələrə aiddir, – bu barədə bəyanatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava verdi.
Nazir bəyan edir ki, iqtisadi cəhəddən İtaliya ilə aviauçuşalrın dayandırılması ağır bir qərardır, ancaq vətəndaşların təhlükəsziliyi daha böyük prioritetdir.
İtaliya ilə aviauçuşların konkret olaraq, hansı müddət ilə dayandırıldığı barədə məlumatı nazir verməyib.
“Ümid edirik ki, yayın gəlişi ilə bərabər, koronavirusla bağlı risklər da azalacaq və bütün ölkələrlə birbaşa aviauçuşları bərpa edəcəyik, çünki birbaşa avia-reyslər siyasətimizin ən böyük nailiyyətlərindən biridir” – dedi nazir.
“İtaliyadan qayıtmağa çalışan vətəndaşlarımız isə, rahat olsunlar, çünki onların gətirilməsini dövlət təmin edəcək” – dedi Natia Turnava.