Binəli Yıldırım - Suriyada türk hərbiçiləri 300-ə yaxın terrorçunu zərərsizləşdiriblər
Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır.
Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
“Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.