Bidzina Qeqidzeni Parlament çoxluğunu tərk etdirdilər
Bidzina Qeqidzeni Parlament çoxluğunu tərk etdirdilər

Bidzina Qeqidzeni Parlament çoxluğunu tərk etdirdilər. Qeqidze barəsində qərarı çoxluğun üzvləri “Gürcü Arzusu” ofisində keçirilən görüşdə qəbul etdilər.

Gürcüstanın Birinci Kanalına məlum olduğu kimi, Qeqidzenin son zamanlar verdiyi bəyanatlar partiyanın mövqeyi ilə üst-üstə gəlmirdi. Bu da yekunda qərarın qəbul edilməsinə səbəb oldu.

Bidzina Qeqidze bu vaxta qədər hakim partiyanın və onun siyasi şurasının üzvü olaraq qalır. Partiyadan kənarlaşdırma haqqında qərarı, nizamnaməyə əsasən, siyasi şura qəbul etməlidir.