Bidzina İvanişvili - Təşəbbüsümüzü həyata keçirə bilmədiyimiz üçün çox məyus oldum
“Gürcü Arzusu” – demokratik Gürcüstan partiyasının sədri Bidzina İvanişvili proporsiyonal seçki sistemi ilə bağlı qanunlayihənin batması ilə bağlı bəyanat yayır.
Bəyanatda deyilir ki, proporsiyonal seçki sisteminə keçiş ideyası majoritar-deputatlar tərəfindən başından bəri dəstəklənmirdi.
“Səs vermə nəticəsinə görə məyus oldum. Bilirsiniz ki, bu yay baş verən hadisələrdən sonra, iqtidar partiyası adekvat reaksiya verdi. Parlamentin sədri istefa etdi, “Gürcü arzusu” isə, 2020-ci ildə parlament seçkilərinin proporsiyonal sistemlə keçiriləcəyi barədə qərar verdi. Gizləməyəcəm ki, bu təşəbbüsün müəllifi mən idim, dəstə üzvləri isə, majoritar-deputatların qarşı çıxmalarına rəğmən, bu təşəbbüsü dəstəklədilər.
Təəssüf ki, müxalifət nümayənələri əlindən gələni etdilər ki, bu yay nail olduğumuz çətin konsensus pozulsun. Səs vermə zamanı “Mili Hərəkat” fraksiyasının üzvləri deputatlarımıza təhqirlər yağdırdılar və səs vermə konstruktiv nəticə ilə başa çatmadı.
Mən iqtidar partiyasının lideri olaraq, proporsiyonal seçki sisteminə keçişi dəstəkləyəcəm və ölkəmizdə demokratik prosesin davam etməsinin zamini olacam. 2020-ci ildə keçiriləcək olan parlament seçkiləri bunun bariz nümunəsi olacaq” – deyib Bidzina İvanişvili.