Beş siyasi partiyanın konstitusiyaya zidd elan edilməsi və fəaliyyətlərinin qadağan olunması ilə bağlı məhkəmə prosesi noyabrın 10-dan davam etdiriləcək

10:20, 09.11.2026

Gürcüstan Konstitusiya Məhkəməsində beş siyasi partiyanın konstitusiyaya zidd hesab edilməsi və qadağan olunması ilə bağlı iddiaya baxılması noyabrın 10-dan davam etdiriləcək. 

Oktyabrın 30-da məhkəmə iclası başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraianın verdiyi məlumata görə, izahat mərhələsi artıq başa çatıb və məhkəmə suallar mərhələsinə keçir. 

İclasın bu gündən davam etdirilməsi nəzərdə tutulsa da, hakimlərdən birinin səhhətində yaranan problemlə əlaqədar baxış prosesi sabahdan bərpa olunacaq. 

Qeyd edək ki, Konstitusiya Məhkəməsi oktyabrın 21-dən etibarən “Gürcü Arzusu”nun konstitusiya iddiasına baxır. İddiada “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxaria – Gürcüstan naminə” partiyalarının fəaliyyətinin konstitusiyaya zidd hesab edilməsi və qadağan olunması tələb olunur. 

Oxşar