Belarus prezidenti, Aleksandr Lukaşenko Moldovalı həmkarına, İqor Dodona traktor bağışladı.
Yeni traktoru Lukaşenko və Dodon birlikdə sürdülər və qarğıdalı səpdilər. Lukaşenko Moldovaya 5 traktor apardı.
Dodon Belarus prezidentinə hədiyyəsi üçün təşəkkürünü bildirdi və söz verdi ki, səpilmiş qarğıdalıya diqqət yetirəcək və məhsulu Belarusa göndərəcək.
Moldova prezidenti Aleksandr Lukaşenkoya həmçinin söz verdi ki, üzümün becərilməsini və şərabın hazırlanmasını öyrədəcək.