Belarus baş naziri - Gürcüstan bizim əhəmiyyətli və təcrübəli partnyorumuzdur
Belarus baş naziri - Gürcüstan bizim əhəmiyyətli və təcrübəli partnyorumuzdur

Gürcüstan bizim əhəmiyyətli və təcrübəli partnyorumuzdur. Önəmlidir ki, dialoqu yüksək səviyyədə qoruyub saxlayırıq, – bu barədə Belarus baş naziri, Sergey Rumas Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava ilə görüşü zamanı bəyan etdi.

Bununla yanaşı onun dediyinə görə, ölkələr arasında ticari dövriyyə də sabit qalır.

“Halbuki demək lazımdır ki, gürcü tərəfi çox yaxşı işləyir və sizin məhsulunuzun Belarusa idxalı ildən ilə artır”, – Belarus baş naziri bəyan etdi.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnavanın qeyd etdiyinə görə, hazırda Gürcüstan və Belarus sabit ticari partnyorlardır.

Belarus baş naziri, Gürcüstana martda səfər edəcək.