Almaniya polisi, İspaniya tərəfindən axtarışda olan Kataloniyanın keçmiş liderini yaxaladı, – bu barədə BBC məlumat yayır.
Nəşrin məlumatına görə, Karles Puçdemonu hüquqmühafizəçilər Danimarka sərhədini keçərək Brüsselə dönərkən yaxaladılar.
Xatırladaq ki, Karles Puçdemon Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumun keçirilməsində, üsyanın təşkilində ittiham olunur.
Onun yaxalanmasını İspaniya tələb edirdi. Buna qədər məlumat yayılırdi ki, Karles Puçdemon Finladiyada idi və Brüsselə dönürdü.