Batumi Respublika Xəstəxanasında bəyan edirlər ki, terapiya şöbəsində bu gün 25 çarpayı boşdur
Batumi Respublika Xəstəxanasının terapiya şöbəsində bu gün 25 çarpayı boşdur, – bu barədə klinikanın meneceri, Giya Kikabidze bəyan etdi.
“Dünən 12 pasiyenti evə buraxdıq. Bu gün klinikanı virusdan müalicə olunan 20-ə qədər pasiyent tərk edəcək. İntesiv terapiya şöbəsi nisbətən problemlidir. Burada hazırda boş yerimiz yoxdur”, – Giya Kikabidze bəyan etdi.
Batumi Respublika Xəstəxanasının bu gün 206 pasiyenti var. 50 pasiyent reanimasiyadadır, buradan 13-ü tənəffüs aparatına qoşulub.