Batumi Respublika Xəstəxanasında bəyan edirlər ki, terapiya şöbəsində bu gün 25 çarpayı boşdur
Batumi Respublika Xəstəxanasında bəyan edirlər ki, terapiya şöbəsində bu gün 25 çarpayı boşdur

Batumi Respublika Xəstəxanasının terapiya şöbəsində bu gün 25 çarpayı boşdur, – bu barədə klinikanın meneceri, Giya Kikabidze bəyan etdi.

“Dünən 12 pasiyenti evə buraxdıq. Bu gün klinikanı virusdan müalicə olunan 20-ə qədər pasiyent tərk edəcək. İntesiv terapiya şöbəsi nisbətən problemlidir. Burada hazırda boş yerimiz yoxdur”, – Giya Kikabidze bəyan etdi.

Batumi Respublika Xəstəxanasının bu gün 206 pasiyenti var. 50 pasiyent reanimasiyadadır, buradan 13-ü tənəffüs aparatına qoşulub.