Batumi Respublika Xəstəxanasının üçüncü mərtəbəsindən yıxılan, koronavirusa yoluxan pasiyent vəfat etdi
Batumi Respublika Xəstəxanasının üçüncü mərtəbəsindən yıxılan, koronavirusa yoluxan pasiyent vəfat etdi

Batumi Respublika Xəstəxanasının üçüncü mərtəbəsindən yıxılan, koronavirusa yoluxan 73 yaşlı pasiyent vəfat etdi. Məlumatı xəstəxananın kliniki meneceri, Qiqa Kikabidze təsdiq edir.

Elə onun dediyinə görə, pasiyenti klinikaya iki gün bundan əvvəl yerləşdirdilər. Kişidə pnevmoniya qeydə alınırdı və müalicəyə tabe idi.

“Hadisə dünən, təxminən saat yeddidə baş verdi. Kişi üçüncü mərtəbədən yıxıldı. Səbəb məlum deyil. Həmin vaxtı palatada başqa kimsə yox idi. Pasiyentin övladı bizim əməkdaşımızdır. O, da virusa yoluxub və atasına özü nəzarət edirdi. Təəssüflər olsun ki, hadisədən sonra pasiyent reanimasiyaya yerləşdirildi. Müvafiq müayinələr edildi. İki qabırğasının sınığı müəyyən edildi. Pasiyentə təcili əməliyyat edildi. Təəssüflər ki, onun vəziyyəti ağır idi və müalicəyə baxmayaraq, bioloji ölüm qeydə alındı”, – Gürcüstanın Birinci Kanalı ilə söhbəti zamanı Qiqa Kikabidze bəyan edir.