Batumi İnfeksiya xəstəxanasına İtaliyadan qayıdan üç vətəndaş yerləşdirildi
Batumi İnfeksiya xəstəxanasının xüsusi bölməsinə İtaliyadan qayıdan üç vətəndaş yerləşdirildi.
Onlardan ikisi, şübhəli simptomlara görə, xəstəxanaya özü müraciət etdi, birini isə, sərhəddə yoxlanışdan sonra, həkimlər gətirdilər.
“Pasientlərin 37 dərəcə temperaturları və müəyyən simptomları var. Analizləri alındı və Luqar laboratoriyasından cavab gözləyirik” – deyib Acarıstanın Səhiyyə Nazirinin müavini Nino Nijaradze.
Acarıstanda, Qoniodaki mehmanxanalardan birində təşkil edilən karantin zonasında isə, hazırda 30 Gürcüstan vətəndaşı qalır.
Onların vəziyyətləri stabildir və koronavirus üzrə müşahidə altındadırlar.