Batumidə koronavirusa yoluxmanın bir yeni halı aşkar edildi
Batumidə koronavirusa yoluxmanın bir yeni halı aşkar edildi

Batumidə koronavirusa yoluxmanın bir yeni halı aşkar edildi. Virusa yoluxan xaricdən Gürcüstana gələn, karantində olan şəxsdir.

Onu Batumi Respublika Xəstəxanasına yerləşdirdilər.

Bununla yanaşı, bu gün Batuminin kovid mərkəzini bir sağalmış vətəndaş tərk etdi.

Batumi Respublika Xəstəxanasında koronavirusa yoluxan cəmi 18 pasiyent müalicə olunur.