Baş prokuror vəzifəsini Mamuka Vasadze yerinə yetirəcək. Vasadze, baş prokurorun vəzifəsindən İrakli Şotadzenin istefasına qədər onun birinci müavini idi.
Qanunvericiliyə uyğun olaraq, Mamuka Vasadze baş prokuror vəzifəsini, parlament yeni baş prokuror təsdiq edənə qədər yerinə yetirəcək.
Baş prokurorun seçilməsi prossedurları İrakli Şotadzenin səlahiyyətlərinin rəsmi olaraq dayandırılması andan başlayacaq.
Baş prokurorun namizədliyini prokurorluq şurası seçir. Şura tərəfindən təsdiq olunan namizədi Ədliyyə naziri tərəfindən razılığın alınması üçün dönmədən Gürcüstan hökumətinə təqdim olunur. Bundan sonra, razılıq olduğu təqdirdə, qeyd olunan nazimədin seçilməsi üçün Gürcüstan Parlamentinə göndərilir.
Gürcüstan Parlamentinə təqdim olunmuş namizəd, seçilmiş hesab olunacaq əgər ona, gizli səsvermə ilə Parlamentin tam tərkibinin əksəriyyəti səs verdisə. Əgər namizəd səslərin lazım olan miqdarını toplaya bilmədisə, Ədliyyə naziri tərəfindən adladırılmış namizədə qarşı tam prossedur yenidən təkrar olunacaq.
Baş prokuror İrakli Şotadze vəfizəsindən bu gün istefa verdi.