Baş nazir İrakli Kobaxidze Poniçalada baş verən partlayış nəticəsində xəsarət alanları ziyarət etmək üçün İnqorokva klinikasına gedib

12:50, 20.11.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İnqorokva klinikasındadır.

Baş nazirlə yanaşı, səhiyyə naziri Mixeil Sarcveladze və paytaxtın meri Kaxa Kaladze də klinikada onunla birlikdədirlər.

İrakli Kobaxidze Poniçalada yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alanların sağlamlıq vəziyyəti ilə tanış olacaq.

Hazırda klinikada iki azyaşlı müalicə alır. İnqorokva klinikasının klinik direktoru Kaxaber Çelidzenin sözlərinə görə, 11 yaşlı oğlanın və 4 yaşına çatmamış qızın sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onlara instrumental və laborator müayinələr aparılır. Partlayış nəticəsində xəsarət alan 31 yaşlı kişi isə Yanıq Mərkəzində müalicə olunur. Onun vəziyyəti ağırdır.

Oxşar