Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi keçiriləcək
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi keçiriləcək.
“Trend” Azərbaycan agentliyinin, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yazdığına görə, Eternity-2019 komanda-qərargah təlimi sentyabrın 2-də başlayacaq.
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri bölgə iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Hərbi təlim sentyabrın 6-dək davam edəcək.