Badri caparidze - müzakirə aparırıq ki, növbəti addımlar nə olacaq
Badri caparidze - müzakirə aparırıq ki, növbəti addımlar nə olacaq

Seçkilərin nəticələrini tanımırıq, müzakirə aparırıq ki, növbəti addımlar nə olacaq, – bu barədə “Lelo” partiyasının liderlərindən biri, Badri Caparidze seçkilərin ilkin nəticələri ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, dünənki seçkilər ölkəyə yaraşmır.

“Bu biabırçı seçkilər idi. Bu seçkilər ölkəyə lazım gəlməyən seçkilər idi və yaxşılıq gətirməyəcək. Seçkiləri nəticələrini tanımırıq. Müzakirə aparırıq ki, növbəti addımlar nə olacaq. Bu ölkəyə və ictimayəətə yaraşmır”, – Caparidze bəyan etdi.

Mərkəzi Seçki Komissiyasının ilkin göstəricilərilə, bu vaxt üçün “Gürcü Arzusu” səsələrin 48.12, “Milli Hərəkat” 26.92, “Avropa Gürcüstanı” 3.79 faizi toplayıb.

Cəmi 3 847 seçki məntəqəsindən 3 626 məntəqənin göstəriciləri hesablanıb. Səslərin proporsional bölüşdürülməsi bu cürdür:

“Gürcü Arzusu – Demokratik Gürcüstan” – 48,12% (870 453 səs); “Milli Hərəkat – Güc Birlikdədir” – 26.92% (486 973 səs); “Avropa Gürcüstanı” – 3,79% (68 548 səs); “Vətənpərvərlər Aliyansı” – 3,18% (57 579 səs); “Lelo” – 3.19%(57 730 səs); “Strategiya Ağmaşenebeli” – 3.15% (5706 səs); “Qirçi” – 2,95% (53 447 səs); “Aleko Elisaşvili – Vətəndaşlar” – 1,34% (24 252 səs); Leyborist Partiyası – 1% (18 041 səs).

Geridə qalan partiyaların səsləri bir faizdən azdır.