Azərbaycan parlamenti ölkənin baş naziri vəzifəsinə Novruz Məmmədovu təsdiq etdi. Məmmədov bu günə qədər xarici əlaqələr məsələlər üzrə İlham Əliyevin köməkçisi idi.
Baş nazir vəzifəsini 1996-cı ildən Artur Rasi-zadə tuturdu. 2003-cü ildə vəzifəni bir neçə aylığına tərk etdi. Bu zaman baş nazir vəzifəsinə İlham Əliyev təyin edildi. Hökumət başçısı vəzifəsində gördüyü işlərə görə İlham Əliyev Artur Rasi-zadəyə təşəkkürünü bildirdi.
Kadr dəyişikliyi Azərbaycanda prezident seçkilərindən sonra edildi. Seçkilərdə İlham Əliyev səslərin 86 faizini topladı.