Azərbaycanda koronavirusun 933 yeni halı aşkar edildi, 256 pasiyent sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 933 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 256 pasiyent müalicə olunaraq sağaldı, yeddi pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 243 424 təsdiq olunmuş halı aşkar edilib, 231 894 pasiyent müalicə olunaraq sağalıb, 3 314 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 8 213 pasiyent müalicəsini davam etdirir.