Azərbaycanda koronavirusun 4 356 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 2 517 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 146 679 təsdiq olunmuş halı aşkar edilib, 88 497 pasiyent müalicə olunaraq sağalıb, 1 632 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 56 550 virusa yoluxan pasiyent müalicə olunur.