Azərbaycanda koronavirusun 4 356 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 4 356 yeni halı qeydə alındı

Azərbaycanda koronavirusun 4 356 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 2 517 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  146 679 təsdiq olunmuş halı aşkar edilib, 88 497 pasiyent müalicə olunaraq sağalıb, 1 632 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 56 550 virusa yoluxan pasiyent müalicə olunur.