Azərbaycanda bu gün növbədənkənar seçkilər keçirilir (foto)
10:16, 09.02.2020
Azərbaycanda bu gün növbədənkənar seçkilər keçirilir. 5573 məntəqə səhər saat 08:00-da açıldı. Səsvermə hüququ beş milyondan artıq seçicinin var.
Azərbaycan Mərkəzi Seçki Komissiyasından bəyan etdiklərinə görə, seçkilərdə rekord saylı namizəd qediyyatdan keçib. Onların sayı 1314-dür.
Seçkilər majoritar sistem ilə keçirilir. Öz namizədliyini 20 siyasi partiya təqdim ebid. Həmçinin böyük sayda müstəqil namizəd var.
İlkin proqnozlara görə, 125 mandatlıq Milli Məclisdə çoxluğu hakim partiya, “Yeni Azərbaycan” partiyası alacaq.
Eqzitpolu üç şirkət keçirəcək. Seçkiləri 77 min yerli və 880-dən artıq beynəlxalq müşahidəçi müşahidə edəcək. Onların dəyərləndirməsi sabah məlum olacaq.
Seçki məntəqələri Tbilisi vaxtı ilə saat 19:00-da bağlanacaq. Eqzitpolun nəticələri məhz elə bu vaxtı məlum olacaq. Parlament seçkilərini 130-dan artıq xarici media vasitəsi, o cümlədən Gürcüstanın Birinci Kanalı işıqlandırır.