Azərbaycan Prezidentinin qızı, rəssam Leyla Əliyeva Tbilisidə
Azərbaycan Prezidentinin qızı, rəssam Leyla Əliyeva Tbilisidə

Təbiətin halını ən gözəl rəsm əsəri əks etdirə bilir. Rəsmlərlə anlatılan ekologiya problemləri haqqında hekayə, sərgi şəklində Tbilisiyə gəldi. Zurab Teseretelinin müasir muzeyində, müəllifinin və təşkilatçısının, rəssam və ekologiya qoruyucusu Leyla Əliyevanın olduğu LIVE LIFE adlı xeyriyyə layihəsi həyata keçirildi.

Sərgidə 11 müasir azərbaycanlı və gürcü rəssamlarının rəsm əsərləri də sərgiləndi.

Sərgidə həmçinin, dünyadaki ekologiya problemləri haqında məlumat verildi və flora və faunanın yox olmasının göstəriciləri rəqəmlərlə əks etdirildi.

Leyla Əliyevanın şərq ornamentləri ilə çəkilən rəsmlərinin yanında yazılır ki, bugün dünyada 100 min Asya fillərindən sadəcə 35 mini qalıb. Milyon Afrika filindən isə, sadəcə 500 mini.

Rəssam və təbiətin qoruyucusu kimi təqdim edilən Leyla Əliyeva, ekologiya problemləri ilə, bir neçə il bundan əvvəl maraqlandı. 2012-ci ildə o, Nyu-Yorkda keçirilən The Big Egg Hunt adlı xeyriyyə kampaniyasında iştirak etdi, hansı ki, yox olmaq üzərə olan heyvanların qorunması üçün məbləğlərin yığılmasının nəzərdə tuturdu.

Leyla Əliyevanın rəsmlərində heyvanların və ətrafı narlarla bürünən balıqların çoxluğu gözə dəyir. LIVE LIFE layihəsinin simvolu da elə nardır.