Azərbaycan prezidenti İlham Əliyev, Batumidə yanğın nəticəsində həlak olanlara görə, Gürcüstana başsağlığı verir.
Bəyanat Azərbaycan prezidentinin rəsmi veb səhifəsində dərc olundu.
“Gürcüstanın Prezidenti Zati-aliləri cənab Giorgi Marqvelaşviliyə – Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm” – Azərbaycan prezidenti İlham Əliyevin baş sağlığı məktubenda deyilir.