Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktik təlimlərə başladı.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Hərbi təlimlər dağlı, qayalı və meşəli yerlədə keçiriləcək və sentyabrın 20-dək davam edəcək.