Ayatolla Ali Xameneyi İran məhkəməsindən etiraz aksiyasında iştirak edənlərin cəzalandırılmasını tələb edir
İranın dini lideri Ayatolla Xameneyi məhkəməyə müraciət edir ki, “iqtisadi təhlükəsizliyi” pozanlar həbs edilsin.
Ayatolla Ali Xameneyi bu bəyanatı iyunun 25-26-da keçirilən etiraz aksiyalarından sonra verdi.
Tehranın “Grand Bazaarında” iki günlük aksiyadan sonra, İranda vəziyyət bugün stabilləşdi.
İki gün ərzində bazarda mağazalar etiraz əlaməti olaraq, bağlı idi.
Ticarətçilər milli valyutanın düşməsini etiraz edirdilər.
İranın nüvə razılaşmasından ABŞ-ın ayrılmasından sonra, Vaşinqton Tehrana sanksiyalar qoymağa davam edəcək.
Məhz avqust ayında qüvvəyə minəcək sanksiyalar İranda yerli valyutanın düşməsinə səbəb oldu.
ABŞ administrasiyası digər ölkələrə də müraciət edir ki, noyabr ayından İrana sanksiyalar qoysunlar və neft idxalından imtina etsinlər.
İranda isə, bəyan edirlər ki, ABŞ-ın iqtisadi təzyiqi nəticə verməyəcək.