Avstriyadan sığınacaq istəyənlər 840 avro ödəməli olacaqlar və mobil telefonlarını tapşıracaqlar
Avstriya iqtidarı miqrantlara sığınacaq vermənin yeni mexanizmini hazırladı, hansına əsasən, sığınacaq axtaranlar 840 avro ödəməli olacaqlar və mobil telefonlarını tapşracaqlar.
Bu barədə məlumatı alman dilli nəşriyyat “Zeit” yayır.
Qeyd olunan məbləğlə sığınacağın verilməsi ilə bağlı ərizənin xərcləri ödəniləcək, miqrantların telefonları isə, yoxlanılacaqlar.
Qanunlayihəyə əsasən, kriminal cinayət üçün axtarışda olan miqrantlar dərhal deportasiya ediləcəklər.
Bundan əlavə, əgər sığınacaq istəyənlər müvəqqəti olaraq, vətənlərinə qayıtsalar, onlar Avstriyada yaşamaq haqqını itirəcəklər.
Avstriya iqtidarı tərəfindən işlənilən tədbirlərə əsasən, qaçqınar Avstriya vətəndaşlığını ölkədə 6 il yerinə, 10 il yaşadıqdan sonra ala biləcəklər.
Avstriyanın Daxili İşlər Naziri Herbert Kikl bəyan etdi ki, iqtidarın məqsədi odur ki, Avstriyada sığınacağın verilməsi sistemindən suistifadəyə son qoyulsun.
Avstriya iqtidarı qanunlayihəyi parlamentə təsdiqlənməsi üçün yaxın günlərdə təqdim edəcək.