Avstraliyanın Kiber-təhlükəsizlik Naziri 2017-ci ildə Avstraliyanın ən böyük şirkətlərindən birinə qarşı həyata keçirilən geniş-miqyaslı kiberhücum cəhdində, Kreml tərəfindən idarə edilən rus hakerlərini ittiham etdi.
ABC News-a verdiyi müsahibədə Anqus Teylor istintaqın yeni detalları haqqında danışdı və bəyan etdi ki, kiberhücumun hədəfi iqtidar idarələri və ölkənin əsas şirkətləri idi.
Ümumi cəmidə, 400 şirkət kiberhücuma məruz qalmaq təhlükəsi altındadır.
“Biz bilirik ki, bu hücumun arxasında Rusiya iqtidarı durur” – dedi Teylor.
Avstraliya iqtidarının bəyanatına görə, qeyd olunan kiberhücum cəhdini qərbli həmkarları ilə müzakirə edirlər və bu hücum cavabsız qalmayacaq.