Gürcüstan Avropola müttəfiq zabitini göndərəcək. Bu barədə Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadze Almaniya və Avstriyaya səfəri nəticələrini cəmləşdirərkən bəyan etdi.
Onun dediuinə görə, Avropola müttəfiq zabitinin göndərilməsi, Avropol ilə memorandumun imzalanmasından sonra planlaşdırılır.
“Bizim alman və avstriyalı həmkarlarımızla görüşlər keçirdim. Onları Gürcüstandan Almaniyada sığınacaq axtaranlar və onlar tərəfindən törədilən cinayətin azaldılması istiqaməti üzrə planlaşdırılmış tədbirlər və o cümlədən soyadın dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəəbbüs ilə tanış etdim. Həmkarlarımız Gürcüstan hökuməti tərəfindən həyata keçirilən tədbirləri alğışlayırlar”, – Cavaxadze bəyan etdi.
Onun dediyinə görə, gürcü tərəfi görüşlərdə alman həmkarları ilə Gürcüstanın təhlükəsiz ölkə kimi tanınması məsələsini irəli sürdü.
“Həmçinin onları gələcək planlarımızla tanış etdik. Avropola səfər planlaşdırılıb. Səfər çərçivəsində nazir memoranduma imza atacaq və bundan sonra biz Avropola müttəfiq zabitini göndərəcəyik”, – Cavaxadze bəyan etdi.
Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadze və Şimali Rayn-Vestfaliya Federal Torpaqlarının Daxili İşlər naziri, Herbert Royl ilə görüşdü.