Avroparlamentin rezolyusiyası - Rusiya Gürcüstan ərazilərinin, Abxaziya və Sxinvali regionlarının işğalını dayandırmalıdır
Avroparlamentin rezolyusiyası - Rusiya Gürcüstan ərazilərinin, Abxaziya və Sxinvali regionlarının işğalını dayandırmalıdır

Avroparlament Avropa İttifaqı və Rusiya ilə münasibətlər haqqında rezolyusiya təsdiqlədi, hansında Gürcüstan haqqında da söz edilir.

Sənədi Avroparlamentin 402 üzvü dəstəklədi, 163 deputat isə, əleyhinə səs verdi. 9 nəfər isə, səs verməkdən baş qaçırtdı.

Rezolyusiyada deputatlar qeyd edirlər ki, Rusiya Gürcüstanın və Moldovanın ərazilərinin işğalına və Krımın qeyri-qanuni anneksiyasına davam edir və bu beynəlxalq hüququn, demokratik prinsiplərin və fundamental dəyərlərin kobudca pozulmasıdır.

Avroparlament üzvləri işğal edilmiş ərazilərdə Rusiya nümayəndələri tərəfindən insan hüquqlarının pozulmasını qınayırlar.

Rezolyusiyada deyilir ki, Avropa İttifaqı Rusiya ilə partnyorluq və əməkdaşlıq razılaşmasını yenidən gözdən keçirməlidir və onunla müəyyən sahələrdə əməkdaşlığı məhdudlaşdırmalıdır.

Avroparlamentarlar həmçinin, Rusiya tərəfindən avtoritar rejimlərin dəstəklnməsinə görə də narahtırlar.

Söhbət Şimali Koreya, İran, Venesuela və Suriyədən gedir.