Avroparlament vizasız rejimi olan ölkələrin vətəndaşları üçün pullu elektron qeydiyyat layihəsini səsə verməyə çıxardır
Avroparlamentin üzvləri bugün sərhəd nəzarətinin yeni qaydalarını səs verməyə çıxardırlar, hansı ki, Avropa İttifaqının yolçularının informasiya və avtorizasiya sistemi ETIAS-nın yaradılmasını nəzərdə tutur.
Avropa İttifaqının rəsmi veb-səhifəsində yazılan məlumatda deyilir ki, Avropa İttifaqı ilə vizasız rejimi olan vətəndaşlar elektron avtorizasiyadan keçməyə məcbur olacaqlar. Bunun üçün isə, onlar Avropa İttifaqının yolçularının informasiya və avtorizasiya sistemindən istifadə etməlidirlər (ETIAS).
Bir dəfə avtorizasiyadan keçəndən sonra, oradaki məlumat üç il ərzində qüvvədə olacaq.
Avroparlamentin deputatlarının dediyinə görə, avtorizasiya üçün yoxlanış yolçulara problem yaratmayacaq və sadəcə asan onlain prosedur olacaq.
Avrokomissiya hesab edir ki, avtorizasiya vasitəsi ilə sərhəd nəzarətinin yeni sistemi, sərhəd nəzarətini təkmilləşdirəcək və qeyri-leqal miqrasiyanın prevensiyası və terorizmə qarşı mübarizədə yardım edəcək.