"Avropanın unutduğu müharibəsi" - dünya mediası avqust müharibəsinin 10 illiyinə əks səda verir
Dünya mediası Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən tacavüzün 10 illiyinə əks səda verir. 2008-ci il avqust müharibəsi barəsində “Euronews”, “Washington Post”, “Deutsche Well” və başqa nüfuzlu nəşrlər yazdılar.
“Avropanın unutduğu müharibəsi” – Euronews tərəfindən hazırlanmış məqalənin başlığı bu cürdür. Müəllif Kris Harris yazır ki, 10 il bundan əvvəl Rusiya tərəfindən Gürcüstana qarşı həyata keçirilən təcavüzə Avropa və başqa dövlətlər tərəfindən müvafiq cavab verilməsi təqdirində, Krımın işğalının baş verməməsi mümkün idi.
Əhatəli məqaləsində jurnalist 2008-ci il mühabirəbəsinin səbəblərindən biri olaraq Gürcüstanın NATO-ya üzv olması arzusunu göstərir.
“Donmuş müharibənin psixoloji təziqi” – Deutche Well tərəfindən yayılan məqalənin başlığı bu cürdür.
Jurnalist Ditsi kəndinə getdi. Onun dediyinə görə, üzdəniraq “sərhəd işarələrinə” görə, vətəndaşlar əkin-səpin sahələrsiz qaldılar.
Rusiya-Gürcüstan müharibəsi barəsində müəllif məqaləsini Washington Post dərc etdirir. Müəllif Robert Keqenin dediyinə görə, “artıq 10 ildir ki, qərbin siyasəti yalnız Putinə əl uzadır”.