Avropa Komissiyası Ukraynaya 45 milyard avro məbləğində kredit ayrılması planını təqdim edəcək

18:03, 16.11.2026

Noyabrın 17-də Brüsseldə Ukraynaya 45 milyard avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan plan təqdim ediləcək.

Avropa İttifaqının iki rəsmisinin məlumatına görə, kredit Aİ-nin uzunmüddətli büdcəsinin sərbəst resursları hesabına təmin olunacaq. Maliyyələşdirmənin əsas məqsədi gələn il Ukraynanın maliyyə sabitliyini qoruyub saxlamaqdır – xüsusilə də Moskvanın ölkənin infrastrukturuna dron və raket hücumlarını gücləndirdiyi bir vaxtda.

Avropa Komissiyasının təklifinə əsasən, kreditin təminatı əvvəlki 90 milyard avro məbləğində kreditdə olduğu kimi eyni mexanizmlə həyata keçiriləcək.

Sözügedən məsələni Avropa İttifaqı liderləri noyabrın 26-27-nə planlaşdırılan sammitdə müzakirə edəcəklər.

Çoxillik maliyyə çərçivəsinin qalan vəsaitlərindən istifadə etmək üçün Avropa İttifaqına üzv bütün dövlətlərin yekdil razılığı tələb olunur.

“Politico” nəşrinin yazdığına görə, Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan Ukrayna üçün nəzərdə tutulan gələcək kreditlərdə iştirak etməyəcəklərinə artıq işarə etsələr də, keçmişdə bu cür maliyyələşdirmə üçün Aİ büdcəsindən istifadə olunmasını bloklamayıblar.

Oxşar