Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi, Toyvo Klaar təyin olundu
Toyvo Klaar Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
Trend bu barədə Aİ-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Bu vəzifəyə təyin olunmamışdan öncə Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.
Qeyd edək ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.