Avropa İttifaqının baş katibinin "Gürcüstanda münaqişə" adlı konsolidasiyalı hesabatı nazirlər komitəsində təqdim ediləcəcək
Avropa İttifaqının nazir müavinləri komitəsinin 1314-cü iclasında bugün Avropa İttifaqının baş katibi Torbion Yaqlandın 17-ci konsolodasiyalı hesabatı – “Gürcüstanda münaqişələr” təqdim ediləcək.
Hesabat 2017-ci ilin oktyabr ayından 2018-ci ilin mart ayını əhatı edir. Hesabatın müzakirəsində Gürcüstanın Xarici İşlər Nazirliyinin birinci müavini David Zalkaniani da iştirak edəcək.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, vacibdir ki, Avropa Şurası Rusiya Federasiyasının və Gürcüstanın 2008-ci ildə üzərinə götürdükləri öhdəliklərinin monitorinqini davam etdirsin.
Gürcüstanın xarici işlər idarəsinin məlumatına görə, konsolidasiyalı hesabatın müzakirəsi zamanı, Gürcüstanın nümayəndə heyyətinin Avropa İttifaqı tərəfindən tam dəstəyi var.
İclasda Avropa İttifaqının və GUAM adı ilə bəyanatlar veriləcək.
Səfər çərçivəsində, Gürcüstanın Xarici İşlər Nazirinin birinci müavini Avropa İttifaqının baş katibinin müavini ilə, insan hüquqları komisarı ilə və Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri ilə görüşlər keçirəcək.